FIFA-dan Maradonaya qadağa
FIFA Braziliyada keçirilən futbol üzrə dünya çempionatında stadionların təhlükəsizlik xidmətlərinə Dieqo Maradonanın VIP sektorlara buraxılmaması barədə təlimat verib.
Trend-in verdiyi xəbərə görə, FIFA bu qərarı D.Maradonanın təşkilatı hər xüsusda tənqid etməsinə görə verib.
Sonuncu dəfə D.Maradona FIFA-nı uruqvaylı Luis Suaresin diskvalikifasiyası qərarına görə tənqid edib.
FIFA-nın qərarını biabırçılıq adlandıran sabiq argentinalı futbolçu öz çıxışında belə deyib:
“Başa düşmürəm, Luis Suares kimisə öldürdüyünə görə belə cəza alıb? Əgər elədirsə, onda niyə FIFA onun əllərini qandallayıb Quantanamoya göndərmir? O, çempionatda iştirak etmək üçün 1 il inadla çalışaraq 29 qol vurub. Onlar isə Suaresi çempionatdan qovdular. Bu inanılmazdır”.