Dağlıq Qarabağda erməni qadınlar nəsil artırmaq istəmirlər

0
1

Dağlıq Qarabağda erməni qadınlar nəsil artırmaq istəmirlər

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qurulan qondarma “Dağlıq Qarabağ Respublikası” doğumun kəskin azalması ilə üzləşib.

Modern.az xəbər verir ki, rəsmi statistika 2009-cu ildə separatçı qurumda 2821 nəfər körpənin doğulduğunu xəbər verirdisə, 2010-cu ildə bu rəqəm 2694-ə düşüb. Azərbaycan torpaqlarında gələcək perspektivlərini görməyən Qarabağ ermənilərinin nəsil artırmaq istəməmə tendensiyası növbəti illərdə də davam edib. Belə ki, 2013-cü ilin yekunu ilə bağlı açıqlanan son statistik məlumatlar Dağlıq Qarabağda 2371 körpənin dünyaya gəldiyini göstərir.

Sonuncu dəfə Qarabağda 2005-ci ildə əhalinin siyahıyalınması keçirilib. O zaman işğal olunmuş torpaqlarımızda 137 min 737 nəfər erməninin yaşadığı müəyyən olunmuşdu. Növbəti geniş siyahıyaalma 2015-ci ildə keçiriləcək .Güman olunur ki, hazırda Qarabağda 145 min nəfər yaşayır.

LEAVE A REPLY