Ərdoğan Ermənistanla sərhədi açır
Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib
Ərdoğan Türkiyə-Ermənistan sərhədinin sentyabrda açıqlması ilə bağlı təlimat verib
Etatist.com-un məlumata görə, prezidentliyə namizədliyini açıqlayan baş nazir Ərdoğan, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi ilə ikinci addımı atmağa hazırlaşır. Ərdoğan 1993-cü ildə bağlanan Türkiyə-Ermənistan sərhədinin açılması üçün hazırlıqlara başlayıb.
Ermənilər “erməni soyqırımının” 100-cü ildönümü ilə balı tədbirlər hazırlarlar. AKP hökuməti isə ötən il Ərdoğanın ermənilərə baş sağlığı verməsini və sərhədin açılmasını ermənilər apardığı kampaniyanın təsirinin azaldılmasına hesablandığını bildirir.
Ərdoğan Ermənistanla sərhədi açır- İddia
Qeyd edək ki, ötən il Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqırımı ilə bağlı çıxış edərək bunu “hamımızın ortaq faciəsi” kimi şərh etmişdi.
“Sərhədin açılması isə Ərdoğanın baş sağlığı verməsindən sonra ermənilərin apardığı kampaniyanın təsirinin azaldılması üçün atılacaq ikinci addım olacaq”- qəzet belə bildirir.
Ərdoğan Ermənistanla sərhədi açır- İddia
2009-cu ildə ABŞ xarici işlər naziri Hillari Klinton Ankara səfəri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmişdi. Obamanın Ərdoğanla uzun müddətdir telefon əlaqəsi yaratmaması. Sərhəd açıldıqdan sonra Türkiyə-Ermənistan əlaqələrindən başqa Türkiyə-ABŞ əlaqələrinin də genişlənəcəyi gözlənilir.
Onu da bildirək ki, sərhədin açılması üçün hazırlıqlar 2 il öncə başlayıb. Bu çərçivədə, sərhədə qədər olan 7 kilometrlik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Qapının açılması üçün gömrük cihazları “X Rayler” və avtomatlaşdırma sistemin quraşdırılması da tamamlanmaq üzrədir.
Sərhədin açılış tarixi rəsmi olaraq bildirilməyib.