Nurçuluq təriqət deyil, sektadır

0
10

İbrahim Sel

Nurçuluq təriqət deyil, sektadır

III yazı: Düzene karışmayacaq, yehudi kölesi olacaq, amma namaz kılacak, oruc tutacak

“Fətullah Gülən ümmətin sinəsində yatmış gürzə ilandır”

(Əvvəli ötən saylarımızda)

Azərbaycan, Rusiya və digər keçmiş SSRİ ərazilərində biznes fəaliyyətinin hesabına Gülən imperiyası boy atdı; 90-cı illərə kimi onlar Türkiyədə acından ölən kiçik bir zümrə idi. Verdikləri rüşvət hesabına bir çox yerlərdə tikinti sektoru gülənçilərin əlinə keçdi, bundan külli miqdarda pul qazandılar. Ötürdükləri rüşvətin və əlaqələrinin hesabına normal tipli tikinti şirkətlərini aradan çıxarıb öz şirkətlərini ortaya dürtdülər, nəticədə indiki altıvolt çoxmərtəbəli binalar yağışdan sonra göbələk kimi artdı və əhalinin əsas hissəsinin geoloji təhlükə ilə üz-üzə qalmasına gətirib çıxardı. Türkiyədən şmotka gətirməyə gedən azərbaycanlı, rus və ukrain alverçilərin hesabına həm Türkiyə çiçəkləndi, həm də Gülən sindikatına məxsus geyim alqı-satqısı şirkətləri böyük məbləğdə gəlir əldə etdi.

Türkiyədə sekulyaristlərin hakimiyyətdə olduğu ən sərt dönəmlərdə belə Gülənin sektasına toxunmadılar. Nəyin hesabına? ABŞ kəşfiyyatının dəstəyi hesabına. 15 min ənənəçiliyə bağlı dindarı qırdılar, 30 min kommunisti güllələdilər, türmələlərə saldılar, amma Gülənçilərə yenə toxunmadılar. Qəribə deyilmi? Bir çox ekspertlərin fikrincə, Gülənin qondarma islam cərəyanı həmin dönəmlərdə get-gedə populyarlaşan Nəcməddin Ərbakanın “Milli Görüş” nəzəriyyəsinin təsirini azaltmaq üçün ortaya atılmışdı. 1997-ci ildə Türkiyədə ABŞ yönümlü hərbi xunta, İran tərəfdarı olan Nəcməddin Ərbakan hakimiyyətini devirəndə, onun Rifah partiyasını qadağan edəndə generalları alqışlayan yeganə islam rəhbəri də Fətullah Gülən oldu. Gülənə geniş imkanlar verildi, nurçuluğun təbliğat maşını işə salındı. Ərbakanın məşhur sözlərini məhz onda dedi: “Ilımlı islam nə demək? Cihat şüuru olmayacaq, düzene karışmayacaq, yehudi kölesi olacaq, amma namaz kılacak, oruc tutacak…”
Antiqlobalist Cəbhədə bu gün ən çox işlədilən terminlərdən biri də “amerikansayağı islam”dır. Bu termin iki sözdən ibarətdir. Nəzər saldığımız məsələdə termin kinayə ilə istifadə edilir. Amerikansayağı “islam” formal xarakter daşıyan, zülm və acgözlüyə qarşı heç bir reaksiya verməyən, hegemonluq iddiasında olanları asanlıqla qəbul edib onlara yardım edən “islam”dır. Bu termin Amerika imperializminin istədiyi və müsəlmanları öz nəzarətində saxlaması üçün qondardığı “İslam”ı bildirmək üçün işlədilir.
İsrail rejiminin Qəzzaya gəmilərlə yardım aparanlara hücumundan sonra dünyanın bir çox islam alimləri və rəhbərləri öz etiraz səslərini ucaltdılar. Lakin nədənsə başda Səudiyyə olmaqla bəzi ölkələrin alimləri susdular. Təkfir fətvaları ilə yadda qalan bu alimlər, nədənsə İsrail əleyhinə fətvaylamı, bəyanatlamı çıxış etməyi “yaddan çıxardırlar”…
Axı necə ola bilər, qəzzalılar acından və ya tibbi ləvazimatların çatışmazlığından həyatını itirir, ərəbliyi ilə öyünən və özünü müsəlman sayan şeyxlər əsl islamdan danışırlar? ABŞ İsraillə ən yaxın müttəfiqdir. İsrail isə müsəlman dünyası ilə düşmən mövqeyini gizlətmir. ABŞ-a xidmət edən ölkələr avtomatik olaraq İsrailə də xidmət edirlər. Lakin bunu bilərək xalqa və xüsusilə dindar kəsimə çatdırmaqda Allah tərəfindən məsul olan islam alimləri nədənsə susurlar. Belə olan təqdirdə onlar ya bilərəkdən, ya da bilməyərəkdən amerikansayağı “islam”da oluqlarını bir daha büruzə verirlər.
Amerikansayağı “islam”ın əsas hədəflərindən biri zülm və hegemonluğa etiraz əvəzinə dəstək verməkdir. Bu dəstək açıq da ola bilər, bəzən sükutla da ola bilər.
ABŞ-ın “Sivil İslam” adlı layihəsi var. Həmin projenin birinci bənddə bu cümlələr yazılmışdır: Dünyəvi və ya liberalizmi üstün tutan müsəlmanları dəstəkləmək. Bunun üçün bu cür insanların arasından liderlər, modellər və qruplar meydana gətirmək. Onların əsərlərini nəşr etdirmək, yayılmasına yardım göstərmək və kütlələrə xitablarını təmin etmək.
Yəhudi Şeril Benardın hazırladığı bu projenin birinci bəndində yazılan dünyəvi liberalistləri dəstəkləmək fikirləri ilk təzahürünü verməyə başlayıb. Artıq bu dəstəyin nəticəsində Diyarbəkir dağlarından, Misir səhralıqlarından, Pensilvaniya çöllərindən o sekta qalmayıb, gətirib ölkəmizə doldurublar. Dünən səhrada ilan-qurbağa yeyənlər bu gün Bakıda ikra yeyir. ABŞ səfirliyi, BP kimi transmilli korporasiyalar Azərbaycan mentalitetinə yad olan gəlmə-gəlinti dini təşkilatlarla sıx əlaqələr qurur. Bir tərəfdən burda təəccüblü heç nə yoxdur. Axı İraq, Əfqanıstan kimi müsəlman ölkələrdə milyonlarla insanın qətliamı, müxtəlif təzyiqlərə və zorlamalara məruz qalması da ABŞ höküməti tərəfindən həyata keçirilir…
Yeni liderlər yetişdirmək planlarının da (“Parçala və hökm sür” siyasəti) ip ucu görünməkdədir. Bu projedən çıxan təhlillərə əsasən, ABŞ-İsrail zülmünə etiraz edən qüvvələr xalqa radikal istamçılar kimi sırıdılacaq. Ölkəmizə təşrif buyurmuş yeni cərəyanlar isə şişirdilərək ağ donda təqdim olunacaq. 20 ildir ki, bu adamlar xalqa Livanın müdafiə ordusu Hizbullahı terror təşkilatı kimi, iveroalien projesi olan nurçuluğu isə mütərəqqi din kimi sırımağa çalışırdı. Suriya hadisələri zamanı üzə çıxdı ki Hizbullah- dünyanın ən güclü antiterror qrupu imiş, Vikileks sənədləri isə göstərdi ki, nurçuluq- ABŞ-ın agentura şəbəkəsindən başqa bir şey deyilmiş. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyir: “Nəinki Azərbaycanda, bütün dünya müsəlmanları arasında qəbul edilən iki təriqət var, bunlar da Sünni və Şiə məzhəbləridir. Sonradan yaranan nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanları, sadəcə araqarışdırmaq və ixtilaf salmaq səbəbi ilə bəzi qüvvələr tərəfindən ortaya çıxıblar. Bu cür neqativ halların qarşısını almaq üçün birinci növbədə mariflənməyə daha çox yer ayırmaq lazımdır. İndiki cavanların çoxunun Suriya və digər ölkələrdə vuruşmasının başlıca səbəbi əsl İslamdan ayrı düşmələridir”. Maarifləndirmə hardan olacaq ki, telekanallarda yerli şiə ailmlərinə rast gəlmədiyimiz halda yeni pırtlayıb çıxmış islam liderləri tez-tez görünməkdədirlər. Əsas əhalisi şiə olan ölkəmizin parlamentdə bircə şiə alimi olmadığı halda, onlarla nurçu mollasına rast gəlirik. “Onlardan başqa heç kəs düz iş görmür” şüara beyinlərə yeridilir. Məhz həmin nurçu parlamentarilərimizin biri bu yaxında öz köşəsində xalqı silahlanaraq Dərbənddə ruslara qarşı vuruşmağa çağırırdı. Əlbəttə bu terror sayılmaz. Bu cür islamın ABŞ-a nə ziyanı var? Qoy şellənsin! Əksinə bu cür islam onlar üçün çox sərfəlidir.
İkinci bənddə belə yazılır: ənənəvi müsəlmanları fundamentalistlərə qarşı dəstəkləmək. Bunun üçün aralarındakı anlaşılmazlıqları təşviq etmək və iki qrup arasında meydana gələcək ittifaqa maneə yaratmaq nəzərdə tutulur. Liberallarla ənənəviləri bir-birinə qarışdırmaq planlaşdırılır.
Əlbəttə onlarçün hər yerdə amerikansayağı islamın olması, “köhnə”, “mühafizəkar”, “mövhumat” islamın ortadan qaldırılması sərfəlidir. Azərbaycanda bu proje uğurla həyata keçirilir. Məsələn, Amerikan məntiqinə görə Rusiya və İran səfirliklərinin qabağında mitinq keçirmək demokratiya aktı, İsrail və ABŞ səfirliyinin qarşısında mitinq keçirmək isə terror əməlidir. Öz adi insani hüquqlarınını tələb edənlər isə fundamentalistlərdir və hökmən cəzalandırılmalıdırlar…
Tanınmış Rusiyalı politoloq, filosof alim Heydər Camal deyir ki, bu gün müsəlmanlar aldadırlar, onlara hər tərəfdən dezinformasiya yağdırırlar: “Fətullah Gülən necə islam lideridir ki, ən böyük arzusu Vatikanda dəfn olunmaqdır? Gülənin dünya ölkələrinə yayılmış məktəbləri ABŞ kəşfiyyatı üçün agentura yuvalarıdır. Təəssüf ki bu gün Gülənin davamçılarına Orta Asiyada da, Volqaboyunda da rast gəlinir. Nurçuluq zəhəri geniş ərazilərə yayılıb. Çünki müsəlmanlar sadəlövhdürlər. Gülən insanların başını dinlərarası dialoqla dumanlandırır. Əslində heç bir dinlərarası dialoqdan söhbət getmir, onun yeritdikləri sadəcə Dəccalın doktrinasıdır. Bu adamlar müsəlmanları neytrallaşdırmaq istəyirlər, çünki məhz müsəlmanlar Allahın əsas ordusudurlar və qiyamət günü Dəccala qarşı da onlar vuruşacaqlar. Müsəlmanları nurçuluq təbliğatı ilə zəhərləyib sıradan çıxarmaq istəyirlər. Mən üzümü qardaşlara tutub deyirəm: Gülənin hər yerdə iç üzünü açın, onun təbliğatına harda rast gəlsəniz müsəlman qardaşlarımızın gözünü açın! İnsanlarımızın bir çoxu onun toruna düşüb. Məlumatsızlıqdan istifadə edib insanları öz qara əməllərinə cəlb edə bilib. Fətullah Gülən – ümmətin sinəsində yatmış gürzə ilandır!”
Qardaşlar, son zamanlar ölkədə qeyri-ənənəvi dinlərin nüfuzu güclənməyə başlayıb. Təhlükə eyni zamanda bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan- vəhhabilər və nurçulardan gəlir. Hal-hazırda vəhhabilik və nurçuluq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bir çox ölkələrində terrorçuluq, dini ekstremizm yaydığına görə bu dini cərəyanlar qadağan olunub. Amma bizdə qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhhabilik günü-gündən genişlən(diril)ir. Bir çox ekspertlərin də qeyd etdiyi kimi, bu gün nurçuluq vəhhabilikdən də təhlükəli cərəyandır. Çünki vəhhabiliyin lozunqları açıq-aşkardırsa, nurçuluq pərdələnmiş şəkildə iş aparır. Xəbər verildiyi kimi, Suriyaya hökumət qüvvələrinə qarşı vuruşmağa gedən vəhhabilərin göndərişini məhz Hizmət hərəkatı- nurçuların Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi təşkil etmişdir. Azərbaycandan Suriyaya 3 minə yaxın adam göndərilmişdir ki, onların bir çoxu həyat yoldaşları və uşaqları ilə getmiş, orada ailəsi qarışıq məhv olmuş, çoxları itkin düşmüşdür. Həm özləri bədbəxt olmuş, neçə-neçə ailəni də bəxbəxt etmişlər. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, xüsusilə ayrı-ayrı internet klublarda və idman zallarında fəal təbliğat aparan nurçular gəncləri əvvəlcə Türkiyəyə aparır, daha sonra isə Hatay vilayətindəki kamplarda bir müddət döyüş üçün hazırlayır, təlim keçirlər. Bundan sonra gənclər Türkiyədən asanlıqla Suriyaya yola salınırlar. İslama xidmət adı ilə maskalanmış Hizmət hərəkatı bununla Qlobal hakimiyyətin qulluğunda durduğunu bir daha sübut edir. Onlar bu gün ölkəmizdə türkçlüyü əldə silah ediblər, milliyətçi gəncliyi alətə çeviriblər. Müşahidələr göstərir ki, türkçülüyə yönəldilmiş gənclər sonradan vəhhabilərçün əsas xammal bazasına çevrilirlər. Türkçülük ideologiyasının boşluğunu görən gənclər sonradan “Ümumdünya xəlifəti” kimi radikal cərəyanlara yuvarlanırlar. Cinayət məsuliyyətinə cəlb olunmuş vəhhabilərin də nədənsə çox vaxt məhkəmələrdə hüquqlarını nurçu vəkillər qoruyur. Onların piarçılarını çox vaxt eyni məclislərdə görmək olur. Çox vaxt eyni saytlar həm nurçuluğu, həm də vəhhabiliyi təbliğ edirlər. Türk litseylərini qurtaranların içində çoxlu “Hizb-ut-Təhrir” tərəfdarlarına rast gəlmik olur. Məhz bunları əsas gətirərək Rusiya Strateji Araşdırmalar İnstitutu belə bir nəticəyə gəlir ki, Səid Nursi və Gülən ideyaları tərəfdarları cəmiyyət üçün “Hizb-ut-Təhrir” üzvləri və təfkirçi-cihadçıllar qədər təhlükəlidirlər. Şərə qarşı birlikdə olaq! İudanın gənclərimizi zəhərləməsinə, gələcəyimizi məhv etməsinə imkan verməyək!

LEAVE A REPLY