Sabah hava mülayimləşəcək

0
6

Sabah hava mülayimləşəcək

Azərbaycan ərazisində iyunun 28-dən başlayaraq, müşahidə olunan qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah gündüzdən ölkə ərazisində küləyin sürəti zəifləyəcək. Havanın temperaturu da ötən günlərlə müqayisədə yüksələcək.
Qeyd edək ki, iyunun 28-dən Azərbaycan ərazisində hava şəraiti dəyişib, güclü külək əsir. Şimal küləyi iyunun 29-u və 30-da daha da şiddətlənib. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.

LEAVE A REPLY