İsrailin baş naziri kartları açdı: “Kürdüstan dövləti yaradılmalıdır”

0
7

İsrailin baş naziri kartları açdı: “Kürdüstan dövləti yaradılmalıdır”

“Yaxın Şərqdə daha geniş bir ittifaqın üzvü olacaq müstəqil Kürdüstan dövləti yaradılmalıdır”. Lent.az-ın verdiyi xəbərə görə, bu sözlərlə İsrailin baş naziri Benjamin Netanyahu çıxış edib.

B.Netanyahu kürdlərin öz dövlətlərini yaratmaq haqqına sahib olduqlarını bildirib.

Hələlik, rəsmi Bağdad B.Netanyahunun çıxışına münasibət bildirməyib.

İraq Kürdüstan bölgəsinin lideri Məsud Bərzani keçən həftə CNN-ə müsahibəsində mümkün müstəqillik haqda danışmışdı: “İraq parçalanır. Artıq Kürdüstan xalqının öz müqəddəratını təyin etmək vaxtı çatıb”.

LEAVE A REPLY