Obama ramazan münasibətilə müsəlmanları təbrik etdi

0
5

Obama ramazan münasibətilə müsəlmanları təbrik etdi

ABŞ prezidenti Barak Obama müsəlmanları müqəddəs ramazan ayının başlanması münasibətilə təbrik edib.

B. Obama təbrik açıqlmasında bildirib ki, Amerka xalqı adından həyat yoldaşı Mişellə bərabər ABŞ-da və dünyada yaşayan bütün müsəlmanlara ən xoş arzularını çatdırır.
Obama ramazan ayının müsbət dəyərlərindən də söz açaraq, orucluğun insanlar arasında mehribanlıq və ünsiyyət təqdir etdiyini də vurğulayıb. O, bu ayda dünyadakı yoxsulların unudulmayacağına əminliyini də qeyd edib.

B. Obama ABŞ-da müsəlmanlara yaradılan şəraitdən də söz açaraq, cəmiyyətdə bu icmanın ibadətlərinin həyata keçirilməsi üçün şəraitinin yaradıldığını, ölkənin inkişafı üçün İslam dinin daşıyıcılarının da bu işdə yaxından iştirak etdiyini də söyləyib.

“Ağ ev”də hər il iftar süfrəsi verildiyini də xatırladan ABŞ prezidenti böyük səbirsizliklə bu mərasimin bir daha keçirilməsini gözlədiyini də qeyd edib: “Bütün müsəlmanlara sülh, əminamanlıq, ailə səadəti arzulayıram”. O açıqlamasını “Ramazani kərim” ifadəsi ilə yekunlaşdırıb.

LEAVE A REPLY