94 illik sirr çözüldü!

0
5

94 illik sirr çözüldü!

Tarixin ən sirli mumiyasının gözünü açıb-qapamasının indiyədək müəmmalı qalan sirri açılıb.

İtaliyada 1920-ci ildə öldüyü gündən bu yana ilk günkü kimi qorunan iki yaşlı qız Rozalia Lombardonun cəsədinin yerləşdiyi şüşə tabut içərisində mumiyanın gözlərinin açılıb-qapanması onu sirr pərdəsinə bürüyüb.

Cəsədi mumiyalayan həkim Alfredo Salafia onun sirrini bu günə qədər gizlin saxlasa da, onun sərgiləndiyi “Kapuçin” məzarlığında aparılan araşdırmalar 94 illik sirrin üstünü aça bilib. Məlum olub ki, Rozalianın gözlərinin açılıb-qapanmasının sirri öləndə gözləri yarımaçıq örtülən qızın mumiyasının olduğu şüşə tabutun optik əksetdirməsi nəticəsində günün müxtəlif saatlarında bu cür görsənməsinə səbəb olurmuş.

Xatırladaq ki, dünya tarixində yatmış gözəl olaraq bilinən qız İtaliya generalı Maria Lombardonun yeganə övladı olub.

LEAVE A REPLY