İŞİD Kiprdən bombalanacaq – Şok iddia
İraqda İŞİD qüvvələrinə qarşı aparılacaq hava əməliyyatlarının Kiprdə yerləşən İngiltərə hərbi bazasından reallaşacağı bildirilir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İngiltərə Baş naziri Devid Kameron arasında baş tutan telefon danışığından sonra İngiltərə Baş nazirinin köməkçisi Dunkan Smit ABŞ İraqa hava hücumlarına başladığı təqdirdə ingilis hərbi bazasının istifadə olunacağını açıqlayıb.
Qeyd edək ki, İngiltərənin nüfuzlu “Metro” qəzeti Baş nazir köməkçisinin “ABŞ İŞİD-ə qarşı hərbi müdaxiləyə hazırlaşarsa, ona hər cür yardım edəcəyik”, – dediyini və bu sözlərin Kiprdəki ingilis hərbi bazasının ABŞ-ın ixtiyarına veriləcəyi anlamına gəldiyini bildirib.