Dünyanın ən uzunömürlü və ən qısaömürlü xalqları

0
9

Dünyanın ən uzunömürlü və ən qısaömürlü xalqları

Dünya Bankı qadınlar və kişilər arasında ən uzun ömürlü insanların yaşadığı ölkələri açıqlayıb. Dünyanın ən uzun ömürlü insanları isə Honq Konqda yaşayırlar. Belə ki, burada doğulan bir qız usağı ortalama 86 il ömür sürür. Avropa ölkələrdən isə Fransa, İspaniya, İsveçrədə sakinləri ortalama 85 il ömür sürürlər. Avstraliya, İslandiya, İtaliya, Cənubi Koreyada, Sinqapur kimi ölkələrdə isə bu göstərici 84 ildir. Birləşmiş Krallıqlarda isə orta yaş həddi 81 ilə qədər davam edir.

Uzun ömürlü ölkələrə nəzər saldıqda məlum olur ki, kişilər qadınlardan 6 il az yaşayırlar. San Marino, Honk Konq, İslandiya, Avstraliya, İsrail, Yaponiya, İsveçrə kimi ölkələrdə kişilərin orta yaş həddi 80-ni keçir. Malta, Hollandiya, Norveç, Sinqapur, İspaniya və Birləşmiş Krallıqlar sakinləri isə 1 il az – 79 il yaşayırlar. 78 il yaşayan ölkələrə isə Avstriya, Fransa, İrlandiya, Lüksemburq və Qətəri misal göstərmək olar. Türkiyədə orta hesabla qadınlar 76, kişilər 71 il yaşayırlar. Ən qısa ömür sürən xalqlar isə Afrikada yaşayır. Bu baxımından antirekord Lesota krallığına məxsusdur. Bu ölkənin sakinlərinin orta ömru 47 yaşı keçmir.
Azərbaycanda orta yaş hazırda 71,3 ildir. Bu rəqəm kişilər üçün 68,4, qadınlarda üçün 74,7 yaş təşkil edir.

LEAVE A REPLY