Cəlilabad sakini atasını və bacısını bıçaqladı
Azərbaycanın Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 25-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəminində atası, 1966-cı il təvəllüdlü Rasim Nəhmətova və bacısı, 1999-cu il təvəllüdlü Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib. Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.
Faktla bağı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.