Ramazan ayında dişlərə qulluğun 5 qaydası

0
9

Ramazan ayında dişlərə qulluğun 5 qaydası

Orucluykən ərp və çürük meydana gəlməsinə maneə törətmək üçün dişlərə əlavə diqqət ayırmaq lazımdır.

Diş Müalicəsi Mütəxəssisi Dr. Şirin Tuzcu, ramazan ayında ağız qoxusunun, dişlər, diş ətləri və dil çatlaqları üzərində yığılan bakteriyaların varlığı səbəbiylə meydana gəldiyinə diqqət çəkir. Uzun müddət yemək yeməmək və su içməmək ağızdakı bakteriya sayını artırır.

Həkim “Bu bakteriyaların fəaliyyəti nəticəsində pis qoxu meydana gəlir. Bunun qarşısını almaq üçün xüsusilə səhər qalxanda məcunsuz şəkildə dişlər və dilin üzəri fırçalanmalıdır və diş ipi istifadə edilməlidir. Gün ərzində ağzı suyla yüngülcə çalxalamaq da faydalı olacaq. Ramazandan əvvəl ağız və diş sağlamlığı baxımından diş həkimini ziyarət etmək faydalı olacaq. Dişlərdə hər hansı bir çürük, diş daşı ya da iltihabı bir vəziyyət varsa mütləq müalicə edilməlidir. Həmçinin ramazan ayına hazırlıq üçün professional bir təmizlik etdirmək də faydalı olacaq ” deyə bildirib.

Oruclu halda dişlərə qulluğun 5 qaydası:

Oruclu halda dişlər və dil məcunsuz fırçalanmalıdır
Diş ipi istifadə edilməlidir
Gün ərzində ağız suyla yüngül çalxalanmalıdır
İftar və sahur sonunda diş fırçalanmalıdır
İftar və sahur sonunda diş qarqara edilməlidir

LEAVE A REPLY