Ramazan ayı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib
Fətvada bildirilib ki, Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir, çünki müqəddəs Qurani-kərim bu ayda nazil olub: “Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il – hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Fətvada bildirilir ki, Ramazan bayramı isə iki gün – 28 və 29 iyul tarixlərində keçiriləcək. Ramazan bayramı namazı isə iyul ayının 28 və ya 29-da qılınacaq. Uca Allahdan hər kəsin oruclarının, ibadətlərinin, dualarının qəbul olunmasını diləyirəm”.