Mövqeyinizi bildirin, deyim kimsiz!

0
7

Mövqeyinizi bildirin, deyim kimsiz!
Dəyişənlərin kimliyi bəlli deyilmi?

Bu günlərdə keçmiş hərəkatçılardan biri söhbət əsnasında “Millətim”in baş məsləhətçisi, Canımız Azərbaycan Naminə Partiyasının sədri Ramiz Tağıyev barədə münasibət bildirərək “Ramiz bəyin Milli Azadlıq Hərəkatındakı rolu inkaredilməzdir. O, SSRİ-də ilk dəmiryol tətillərinin və “Sərhəd Hərəkatı”nın birmənalı lideri olub. Ramiz bəy müqəddəs torpaqlarımızın uğrunda fədakarlıq göstərmiş könüllülərdən ibarət batalyonlardan birinə rəhbərlik edib. Onun SSRİ imperiyasının “onurğa sütunu” sayılan “KQB”-nin qapısını ilk olaraq bağlayıb, fəaliyyətinin Culfada dayandırılması barədə imzaladığı sərəncamı Milli Azadlıq Hərəkatının daha geniş vüsət almasında müstəsna xidməti oldu. Ancaq nə etmək olar, Ramiz bəyin sonrakı, yəni siyasətçi kimi fəaliyyəti uğursuz alındı”.
Bu sözlər AXC-Müsavat iqtidarı zamanı nazir vəzifəsində çalışmış dostlarımızdan birinə məxsusdur. O, həm də R.Tağıyevi mövqe dəyişkənliyində suçlayırdı. Təbii ki, ona izahlı, tamamilə onu qane edən cavabı verə bildiyimin qənaətindəyəm.
Elə zamanlar olub ki, addım-addım birgə yol getdiyim Ramiz bəylə razılaşmaq istəməmişəm. Ancaq onun bildiyi əsil həqiqətləri açıqlamasından sonra, yanıldığımı etiraf etmək məcburiyyətində qalmışam.
Keçmiş nazirin əsas arqumenti ondan ibarət idi ki, Ramiz bəy bir neçə il öncə AXCP sədri Əli Kərimliyə qarşı tez-tez mövqeyini dəyişib. Olub belə məqamlar… Ancaq, gəlin araşdıraq, tez-tez mövqeyini dəyişən Ramiz bəy, yoxsa Əli Kərimli olub?
Bəli, dəyişən məhz Ə.Kərimli olduğundan Ramiz bəy ona münasibətində tez-tez korrektələr etməli olmuşdu. Bir çoxları kimi məndə Ə.Kərimlinin təcrübəli siyasətçi olduğunu qəbul etmişdim. Ramiz bəylə söhbətimdən sonra anladım ki, AXCP sədri uzunömürlü siyasi kurs götürməyib. Onun siyasəti yalnız və yalnız diletantları bir müddət aldadaraq öz ətrafında saxlamağa hesablanıbmış. Ətrafındakı diletantlardan rəqiblərinə qarşı qeyri-etik rəqabət aparmaq üçün maksimum istifadə edə bilir Ə.Kərimli. Onun nəzarətində olan KİV-lər AXCP sədrinin rəqiblərini ən kobud formada aşağılamağa girişiblər ki, ölkə əhalisi haqlı olaraq həmin mübarizəni qeyri sivil hesab edib, ənənəvi müxalifət liderlərinə dəstək vermir.
Digər tərəfdən, Ə.Kərimli lideri hesab etdiyi Əbülfəz Elçibəyin siyasi kursundan birmənalı uzaqlaşaraq, Türk millətçiliyindən imtina etdi. Təbii ki, qatı millətsevər olduğu kimsədə şübhə doğurmayan R.Tağıyev Ə.Kərimlinin həmin dəyişkənliyini məqbul hesab edə bilməzdi.
Ramiz bəy ideal mübarizə yolu seçmişdir ki, həmin yolu Ə.Kərimli qəbul etməyib, edə bilməzdi də. Belə ki, Milli Azadlıq Hərəkatına vəzifə sahibi, kifayət qədər imkanlı şəxs olaraq qatılan Ramiz bəy, müstəqilliyimiz naminə mübarizəyə əlində olan hər nə varsa qurban verdi. Ə.Kərimlidən dəfələrlə çox illər vəzifədə çalışmış Ramiz bəy ömrünün böyük hissəsini kirayə mənzilləri dəyişməklə yaşamalı oldu. Bunların şahidi olub, onun yaşam tərzini ürək acısıyla seyr etməkdən savayı əlimdən heç nə gəlmədi. Cəmi 4-5 ay əmək stajı olan Əli Kərimli isə, ilk növbədə özünün mənzil təminatı barədə düşünüb, paytaxtın ən görkəmli yerlərindən birində, dövlət məmurları üçün nəzərdə tutulmuş mənzillərdən birini ələ keçirə bildi. AXCP sədri özündən savayı kimsəni düşünmədiyi halda, Ramiz bəy ən çətin durumunda belə hərəkatçı dostlarına yardım etməyi müqəddəs borcu hesab etdi. Təəssüf ki, həmin sıradan nankor çıxanlar az olmadı.
R.Tağıyev öz mövqeyini dəyişmədiyindən dəfələrlə həbsxana həyatı yaşamağı qəbul etsə də, Ə.Kərimli Bayıl türməsinin soyuq divarlarına dözməyib, müxtəlif separat əlaqələrdə bulundu.
Məhz serarat danışıqlarıyla AXCP-nin siyasi kursunu büsbütün dəyişə bildi. 4 illik Kələki mühacirətindən qayıtmış AXC-nin əzəli və əbədi lideri Əbülfəz Elçibəy Ə.Kərimli tərəfindən açıq-aşkar küncə sıxışdırıldı.
Belə “fəaliyyəti” Əlinin iki çağırış Milli Məclis deputatı mandatı əldə etməyinə şərait yaratdı.
Türkiyənin məşhur Gülhanə xəstəxanasında ağır xəstəliklə üz-üzə qalmış Ə.Elçibəy Ə.Kərimlinin muzdlu yazarları tərəfindən məsxərəyə qoyuldu. Əslində, Ə.Kərimliyə sifarişlər Şimaldan, Qərbdən-Əbülfəz Elçibəyin millətçilik kursunu qəbul etməyən ermənipərəst ölkələrdən gəlirdi. Əvəzində onlara canla-başla xidmət göstərən Ə.Kərimlinin başından qrantlar yaz yağışı kimi, sel kimi axırdı. Beləliklə, ciddi maliyyə imkanları əldə etməyə nail olmuş Ə.Kərimli ətrafına yuxarıdan aşağı nəzər salmağı məqbul hesab etdi.
Bu gün də AXCP sədri hər gün dəyişir. Gah Rusiyanın proyekti olan “Milli Şura”nı önə çıxarmağa çalışır, gah da Qərbin “demokratik” ənənələrinə xidmət göstərdiyi görüntüsünü özünə məxsus ustalıqla yarada bilir. Nəticə bəllidir, ətrafındakıların ailələri, övladları çörəklə imtahana çəkildikləri halda Ə.Kərimli oğlu Türkelə Londunun ən bahalı üniversitetində təhsil aldıra bilir.
Ramiz bəy isə heç dəyişməyib. Yenə sadə, səmimi xüsusiyyətləri ilə onu tanıyanların sevgisiylə gündəlik ehtiyatlarını birtəhər ödəməklə, mübarizəsini davam etdirir.

Turan Türk

LEAVE A REPLY