Ev vergisi qoyulur – hər kvadrata 40 qəpik…

0
7

Ev vergisi qoyulur – hər kvadrata 40 qəpik…
Parlamentdə yeni tikililərdə kommunal xərclərin çoxluğuna kəskin etirazlar bildirildi

alt=”Ev vergisi qoyulur – hər kvadrata 40 qəpik… ” title=”Ev vergisi qoyulur – hər kvadrata 40 qəpik… ”

Qüdrət Həsənquliyev: «İnsanlar sanki öz evlərində kirayə yaşayırlar»

Milli Məclisin iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Dəyişikliyə əsasən bələdiyyələrə vergilər zamanı nagd ödənişlər ləğv olunur. Həmçinin yaşayış evlərinin hər kvadrat metri üçün illik 0.40 manat vergi müəyyən edilib.
Layihənin müzakirəsi zamanı yaşayış binaları inşa edən şirkətlərə qarı sərt ittihamlar səsləndirilib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, yeni tikililərdə aylıq ödənişlər həddindən artıq bahadır.” Şirkətlər evi tikib satırlar, sonra da camaatı müxtəlif kommunal xərclər adı altında soyurlar. Bu isə ciddi narahatlıq yaradıb və kifayət qədər şikayətlər daxil olur. Hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir. MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çox ciddi məsələdir”.
Ziyad Səmədzadə isə qeyd edib ki, mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmalıdır: “Hər şirkət 5-6 binanın bir idarəedici strukturunu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmayan, vergi adı ilə xeyli vəsait toplayırlar. Araşdırma aparmaq lazımdır”.
Qüdrət Həsənquliyev də dedi ki, bəzi şirkətlər evi tikib satır, sonra da soyğunçuluqla məşğul olurlar: “Bəzən hər kvadratmetr üçün 1 manat alırlar. İnsanlar sanki öz evlərində kirayədə yaşayırlar. Bunun üçün tədbirlər görülməlidir”. O həmçinin qeyd edib ki, qanundakı dəyişikliyə əsasən nəzərdə tutulmuş 0.40 manat vergi çoxdur və insanların bunu ödəməyə gücü çatmayacaq. “Məsələn, “Xutor”da elə evlər var ki, kvadratı çoxdur, həyətdə də yardımçı tikli var. Bu qədər məbləği ödəməyə madi imkanları yol verməyəcək”,- Q.Həsənquliyev deyib.
Arif Rəhimzadə isə bildirib ki, “Xutor” və buna bənzər ərazilərdə mənzilin kvadrat metri üçün ödəniş 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər. O, yeni tikililərdə yüksək ödənişlərin alınması ilə bağlı suallara da cavab verib:
“Mənzil Məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özlərini idarə edəcək qurumu müəyyənləşdirə bilər. Həmin binalarda yaşayan sakinlər heç bir ictimai fəallıq göstərmir. Ona görə də tikinti şirkətləri özləri bu işlə məşğul olurlar. Vətəndaşlar bir az fəal olsalar, həmin şirkətin xidmətindən imtina edib, ayrı quruma həvalə edə bilərlər. Bu məsələdə yalnız insanların fəallığına ehtiyac var. Hansı qurumu seçmək hüququ qanunla insanların özlərindədir”.

Rəşad VAQİFOĞLU

LEAVE A REPLY