Bakıda polis rəisi bıçaqlandı

0
6

Bakıda polis rəisi bıçaqlandı

Cinayətkarların rəisin dostuyla haqq-hesab çürütmək istədiyi güman edilir

Dünən gecə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə naməlum şəxslər tərəfindən hücum olunub. Vesti.az-ın xəbərinə görə, polis rəisi bıçaqlanıb.

Binəqədi Rayon Polis İdarəsindən cinayət hadisəsinin gecə saat 12 radələrində rayonun Xutor qəsəbəsi ərazisində törədildiyi bildirilib. Rəis dostunun “Mercedes Gelеnvagen” markalı avtomobilini idarə edən zaman naməlum şəxslərin olduğu “Niva” markalı avtomobil onun yolunu kəsib.
Cinayətkarlar maşından enərək avtomobilə taxta parçalarıyla zərbələr endirməyə başlayıb.

A. Şıxəliyev cinayətkarlarla məsələni aydınlaşdırmaq istəsə də, onu əlindən bıçaqla vurublar. “Niva”dakılar hadisə yerindən qaçıb. A.Şıxəliyev isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. A.Şıxəliyevin bu gün evə buraxılacağı deyilir.

Şübhəlilərdən bir neçəsinin şəxsiyyəti müəyyənləşdirilib və artıq saxlanılanlar var. Dəstənin digər üzvlərinin də axtarışı davam edir. Güman edilir ki, cinayətkarlar A.Şıxəliyevin dostuyla haqq-hesab çürütmək istəyiblər. Maşını onun idarə etdiyini fərz ediblər.

Əməliyyatçılar “Niva”nın saxlanıldığı yeri və sahibini tezliklə aşkar ediblər, onun axtarışı davam etdirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

LEAVE A REPLY