Ramil Usubov polis rəisini işdən çıxardı

0
7

Ramil Usubov polis rəisini işdən çıxardı

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xəbəri APA yayıb.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilmişdi.

Bundan başqa, Abşeronun polis rəisi Namiq İsmayılov və Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin də vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatın verildiyi bildirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin olunan Famil Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin oğlu, Xaçmaz rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli isə “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun qardaşıdır.

LEAVE A REPLY