İŞİD 1700 şiəni belə güllələdi

0
6

İŞİD 1700 şiəni belə güllələdi

Iraqın Mosul şəhərini işğal etdikdən sonra Bağdada doğru irəliləyən Iraq Şam İslam Dövləti (İŞİD) rəhbərliyi təhlükəsizlik qüvvələrindən olan 1700 nəfər şiəni güllələdiklərini bəyan edib.

IŞİD resmi Twitter səhifəsində yaydığı açıqlamada Tiqritdəki əməliyyat zamanı 2 500 əsgəri əsir aldığını bəyan edib.

Əsir alınanlardan 1700 nəfər şiə gllələnərək, qətlə yetirilib.

800 nəfər sünni əsgərin ölüm cəzası isə IŞİD lideri Əbu Bəkir Əl Bağdadinin göstərişi ilə icra olunmayıb. Onlar əfv ediliblər.

LEAVE A REPLY