Ermənilər Mosuldan qaçırlar

0
5

Ermənilər Mosuldan qaçırlar

İraqın şimalında İraq Şam İslam Dövləti qruplaşmasının silahlıları nəzarəti ələ alandan sonra orada yaşayan şiələrlə yanaşı, xristian dininə etiqad edən milli azlıqlar da bölgəni tərk etməyə başlayıb.

Böhran başlayandan bəri artıq on minlərlə xristian Mosul şəhərini tərk edərək, Kürdüstan muxtariyyətinə pənah gətirib. Mosuldakı qədim xristian məskəni Nineva artıq boşalıb. Buranı tərk edən milli azlıqlar arasında ermənilər də var. Xristianların əksəriyyəti Kürdüstan muxtariyyətinin əl-Quş kəndinə sığınıb. Mosul xristianları Kürdüstan bölgəsinin daha təhlükəsiz və liberal olduğunu bildirirlər.

Rəsmilər İraq-Kürdüstan sərhədində 450 minə yaxın xristianın gözlədiyini ehtimal edirlər. Qeyd edək ki, «İŞİD» silahlılarının İraqın şimalını işğal etməsinə qədər təkcə Mosul şəhərində 1 milyona yaxın xristian yaşayırdı.

LEAVE A REPLY