“Azərbaycan torpaqlarının işğal olunması faktına şübhə etmək gülüncdür”

0
5

“Azərbaycan torpaqlarının işğal olunması faktına şübhə etmək gülüncdür”

alt=” "Azərbaycan torpaqlarının işğal olunması faktına şübhə etmək gülüncdür"” title=” "Azərbaycan torpaqlarının işğal olunması faktına şübhə etmək gülüncdür"”
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını şübhə altına almaq sadəcə gülüncdür
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin üzvü Ahmet Berat Çonkar Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında deyib.

Türkiyəli millət vəkili qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin həlli birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır.

Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanla münasibətlərində pozitiv köklənib, lakin xüsusilə də 1915-ci il hadisələrinə dair Ermənistan tərəfindən səslənən mənasız ittihamlar
Ermənistanı arzu olunan nəticələrə gətirib çıxarmayacaq və yalnız bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq: “Vaxtilə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protkollarının üstündən xətt çəkdi”.

Qeyd edək ki, seminarda iştirak Ermənistan parlamentinin nümayəndələri Türkiyəni bu ölkəni blokadada saxlamaqda və Azərbaycana dəstək verməkdə ittiham ediblər. Onların fikrincə, bu, regionda sülh və sabitliyin yaranmasına mane olur.

LEAVE A REPLY