Məhəbbət Kazımovun oğlu: “Kimsənin maddi dəstəyinə ehtiyacımız yoxdur”

0
6

Məhəbbət Kazımovun oğlu: “Kimsənin maddi dəstəyinə ehtiyacımız yoxdur”

Mərhum müğənni Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov ailə vəziyyətləri ilə bağlı açıqlama verib. O, atasının vəfatından sonra ailənin hər hansı maddi dəstəyə ehtiyacı olmadığını bildirib.

“Atamın yoxluğuna alışmaq çox çətindir. Ancaq həyat davam edir. Bunu da qeyd edim ki, ailəmin maddi köməyə ehtiyacı yoxdur. Hamı bilir ki, Məhəbbət Kazımov elə-belə adam olmayıb. Onun qoyduqları da az deyil. İndinin özündə də heç kimdən asılı deyilik. Əvvəl necə həyat yaşayırdıqsa, indi də o həyata davam edirik. İstər qohumlarımız, istərsə də Məhəbbət Kazımovun sənət dostları indinin özündə də bizimlə əlaqə saxlayır və mənəvi cəhətdən bizə dəstək olurlar”.

“Laçınım”, “Ay ilk məhəbbətim”, “Meşəbəyi” və s. mahnıları və muğamları ilə sevilən M.Kazımov bu il yanvarın 27-də vəfat edib və Xırdalan qəbiristanlığında dəfn olunub.

LEAVE A REPLY