İlham Əliyev dünyada ən yaxşı siyasətçi seçildi
İsveçrə təşkilatının sorğusunda Azərbaycan Prezidenti birinci oldu
İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev Zürix, Bakı, 13 iyun, 2014-cü il – İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən ümumdünya miqyasında ən yaxşı siyasətçi kontekstində keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda, dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı QUDAL – Keyfiyyət Medalı, 2014/2015-ci il Azərbaycan sorğusunda iştirak edən Azərbaycanlı vətəndaşların əksəriyyəti belə cavablandırmışlar: “İlham Əliyev”. Bu, İsveçrə şirkəti olan ICERTIAS – International Certification Association özünün Zürixdəki baş qərargahları ilə birgə bu ilin may ayında 15 yaşdan yuxarı 1,200 Azərbaycan vətəndaşı, İnternet istifadəçiləri arasında online sorğu vasitəsilə keçirdiyi ilk QUDAL – QUality meDALı, Azərbaycan – DEEPMA Sorğusunun nəticələridir. Azərbaycanda keçirilən QUDAL Sorğu bütünlükdə yüzdən çox kommersiya və qeyri-kommersiya kateqoriyalarını əhatə etmişdir (məsələn: ən yüksək keyfiyyətli süd, ən yüksək keyfiyyətli avtomobil, ən yüksək keyfiyyətli yerli müğənni və s.). Kompleks soğrunun ilk nəticələri indi işlənib hazırlanmışdır və təhlilə verilmək üçün hazırdır. QUDAL sorğusunda iştirak edən Azərbaycan vətəndaşları bu kateqoriyadan olan aşağıdakı sualı cavablandırmalı olmuşlar: “Sizcə, hal-hazıırda dünyada ən yaxşı siyasətçi kimdir?” Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur – “IlhamAliyev”.
İlham Əliyev həmçinin, ən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir. Əslində, QUDAL – Keyfiyyət Medalı sorğuya aşağıdakı məzmunda ayrıca bir sual daxildir: “Sizcə, hal-hazıırda Azərbaycanda ən yaxşı siyasətçi kimdir?”. QUDAL – Keyfiyyət Medalı sorğusunun əksər iştirakçıları bu suala yenidən tamamilə yüksək səs sayı ilə belə cavab vermişlər: “İlham Əliyev”. Metodologiya və nümunə
QUDAL – QUality meDAL, AZƏRBAYCAN 2014/2015 sorğusu (www.qudal.com) İsveç şirkəti olan ICERTIAS – International Certification Association (www.icertias.com) tərəfindən 2014-cü ilin may ayında Azərbaycan Respublikasının ərazisində online sorğu və CAWI – DEEPMA metodu (Kompüterləşdirilmiş Şəbəkə Müsahibəsi – Dərin Zəkalar haqqında Məlumatlılıq) vasitəsilə keçirilmişir. İnternet istifadəçiləri olan 15 yaşdan yuxarı 1,200 Azərbaycan vətəndaşı bu sorğuda iştirak etmişlər. QUDAL Sorğu rəsmi Azərbaycan hərfləri ilə və azərbaycan dilində keçirilmişdir. Sorğu Azərbaycan Respublikasının bütün ərazisini əhatə etmişdir. QUDAL layihəsi haqqında QUDAL – QUality meDAL (www.qudal.com) İsveçrə şirkəti olan ICERTIAS – International Certification Association (www.icertias.com) layihəsidir. Vətəndaşların – yəni, istehlakçıların özlərinin fikrincə – müəyyən bir ərazidə ən yüksək səviyyədə keyfiyyət təklif edən QUDAL layihəsi çərivəsində sorğu aparan və mükafat təqdim edən təşkilatlar (məhsullar, xidmətlər, mediya, dövlət adamları, mədəniyyət və idman və s.) QUDAL layihəsinin məqsədi ictimaiyyətin diqqətini onların gündəlik seçimlərinin keyfiyyətinin necə əhəmiyyətli olmasına və vətəndaşların ən yüksək səviyyədə keyfiyyət əldə etmək hüququna cəlb etmək, habelə, istehlakçıların bazarda ən yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin olunmasını asanlaşdırmaq və sadələşdirməkdir. QUDAL – QUality meDAL Sorğusu Beynəlxalq Kommersiya Palatası (ICC) və Dünya Araşdırma Ekspertlərinin Assosiasiyası (ESOMAR) tərəfindən qəbul edilmiş “Bazar və Sosial Araşdırmalar haqqında Beynəlxalq Məcəllə”nin müddəalarına tamamilə müvafiq şəkildə keçirilir. QUDAL sorğu layihəsi nə bazar paylarını, nə də brendin gücünü ölçür, lakin eksklüziv olaraq və yalnız sorğu iştirakçılarının təcrübəsini, xidmətin və bazarda edilən təklifin keyfiyyətindən məmnunluğunu müəyyən edir. “QUDAL – QUality meDAL sorğu və mükafat təqdimetmə layihəsi istehlakçılara, faktiki olaraq bazarda nəyin ən yaxşı keyfiyyət təklif etməsi barədə qərarlar vermək hüququna onların və yalnız onların malik olması haqqında mesaj göndərir. Bununla, biz istehsalçı və xidmət təminatçılarına, səy göstərməli və vətəndaşları onların verdikləri pul müqabilində ən yüksək keyfiyyətlə təmin etməli olduqları barədə təsirli bir mesaj göndərmək istərdik…” ICERTIAS, Zürix, İsveçrə ICERTIAS haqqında
ICERTIAS – International Certification Association GmbH, əsası İsveçrənin Zürix şəhərində qoyulmuş özəl, siyasi cəhətdən müstəqil bir təşkilatdır. ICERTIAS (www.icertias.com) yerli və beynəlxalq səviyyədə bazar yoxlamaları və araşdırmalarının yeni yollarına təşviq edir. Təşkilatın əsas hədəfi məhsulun keyfiyyət və dəyərinin qlobal miqyasda tanınması və təbliğ olunmasıdır. ICERTIAS həmçinin, cari və yeni yoxlama, tədqiqat və sertifikatlaşdırma təşkilatları arasında beynəlxalq kooperasiyanı həvəsləndirməklə yanaşı, yoxlama, tədqiqat və sertifikatlaşdırma alətlərinin ölkə sərhədləri xaricində əməkdaşlıq zəminində inkişaf etdirilməsinə təkan verir. İstehlakçı nöqteyi-nəzərindən fəaliyyət göstərərək, ICERTIAS yerli təşkilatları onun yüksək-keyfiyyət standartlarına cavab verməsi üçün sınaqdan keçirilmiş məhsul və xidmətləri təbliğ etmək, daha yaxşı dəyər təklif etmək və bu cür keyfiyyəti yerli və beynəlxalq bazarlara genişləndirmək istiqamətində təlimatlandırır. Beynəlxalq miqyasda, ICERTIAS bugün özünün Best Buy Award (www.bestbuyaward.org) və QUDAL – QUality meDAL (www.qudal.com) sorğu və sertifikatlaşdırma sistemlərinə görə çox məşhurdur. QUDAL – QUality meDAL haqqında
QUDAL – QUality meDAL (www.qudal.com) yerli və beynəlxalq bazarlarda ən yaxşı keyfiyyəti təklif edən məhsulların, xidmətlərin və digər hədəflərin – eksklüziv olaraq, istehlakçıların təcrübə və rəyləri əsasında araşdırılması və mükafatlandırılmasını əhatə edən davamlı bir layihədir. Qlobal miqyasada, QUDAL – QUality meDAL layihəsi, əsası İsveçrənin Zürix şəhərində qoyulmuş İsveçrə təşkilatı ICERTIAS – Beynəlxalq Sertifikat Assosiasiyası GmbH tərəfindən keçirilr və dəstəklənir. QUDAL sistemi üzrə araşdırmalarını apararkən, ICERTIAS müstəqil yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, öz növbəsində həm yerli bazarda, həm də qlobal səviyyədə keyfiyyətin əhəmiyyəti barədə məlumatlılığın artırılması istiqamətində əməkdaşlığa təkan verir. REDAKTORLARA MÜHÜM BİLDİRİŞ Bu hesabat və elanda təqdim olunmuş məlumat və faktlar yalnız məlumat məqsədilə təmin olunur. Bu hesabat investisiya qərarları vermək üçün istifadə edilməkdən ötrü nə hazırlanmayıb, nə də nəzərdə tutulmur. ICERTIAS (ICERTIAS – International Certification Association GmbH, Zürix, İsveçrə) və habelə, bu hesabatdan götürülən məlumatlar üzrə distribütor sorğunun nəticələri əsasında verilmiş və ya görülmüş qərarlara və ya tədbirlərə və/yaxud, bu sənəddə əks etdirilmiş məlumata görə heç bir vəchlə cavabdeh deyil. Bütün sorğu, onun nəticələrini aydın və şəffaf şəkildə təqdim etmək üçün xüsusi diqqət və cəhdlə keçirilmişdir. Bununla belə, ICERTIAS və/yaxud onun tərəfdaşları, menecerləri və/yaxud onun işçiləri burada və ya sorğuda təqdim olunmuş məlumatların dürüstlüyünə və/yaxud etibarlılığına görə öhdəlik daşımır.