Kim ki yüz il yaşamırsa… – Gilasın bilmədiyimiz faydaları
Yay fəsli meyvələrin bol olduğu bir dövrdür. Sizə arzuladığımız 100 il ömrü sağlam yaşamaq üçün bu fəsildə qida rasionunuza meyvələri daha çox daxil edin. Elə ki, yolunuz dükan-bazara düşdü gilas almağı da unutmayın. Çünki gilasın sağlamlıq üçün bir çox faydaları var.
Gilasın tərkibindəki orqanizm üçün vacib olan maddələrə nəzər yetirsək onun sağlamlığınız üçün nə qədər xeyirli olmasına şübhəniz qalmayacaq:
su, 86 q
protein, 1.1 q
yağ, 0.4 q
karbohidratlar, 11.5 q
pektin, 0.4 q
üzvi turşu, 0.62 q
kalium, 51 mq
kalsium, 16 mq
maqnezium, 6 mq
natrium, 6 mq
fosfor, 13 mq
vitamin B, 0.15 mq
vitamin E, 0.3 mq
vitamin C , 15 mq
vitamin B1, 0.01 mq
vitamin B2, 0.01 mq
vitamin PP, 0.4 mq
Cəmisi 100 qram gilas yeməklə orqanizminiz yuxarıda sadalanan maddələri qəbul etmiş olur.
Gilas böyrək xəstəlikləri zamanı olduqca faydalıdır. Sidikqovucu xassəyə malik olan gilas yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün xeyirlidir.
Gilasın əsas faydalarından biri də odur ki, o damarlarda tıxacların yaranmasının qarşısını alır. Qırmızı gilasa nisbətdə ağ gilasda qlükoza daha çoxdur.
Şəkərli diabet xəstələri bunu diqqətdə saxlamalıdırlar.
Qanazlığı (anemiya) olanların gilasdan daha çox istifadə etmələri məsləhətdir.
Gilas sinir sisteminə də müsbət təsir göstərir, fiziki yorğunluğu aradan qaldırır və normal yuxunu təmin edir.
Qaraciyəri təmizləməklə yanaşı gilas həm də onun fəaliyyətini yaxşılaşdırır.
Gilas həmçinin maddələr mübadiləsini tənzimləyir, həzm posesini normallaşdırır.
Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də çəkinmədən gilas yeyə bilərlər. Çünki 100 qram gilas orqanizmə cəmisi 50 kilokalori verir.
Gilas öz tərkibinə görə orqanizmin immun sisteminin güçlənməsinə də müsbət təsir göstərir.
Gilasın daha bir xeyri görmə qabiliyyətinin yaxşılaşdırması və zehni fəaliyyətə müsbət təsir göstərməsidir.
Yəqin ki, bütün bunları bildikdən sonra sözün əsl mənasında yay fəslinin ətrini verən gilas süfrənizdən əskik olmayacaq.