İran və Türkiyə İraqa girməyə start vəziyyətdədir
Xarici ölkələrdən gəlmiş hərbçilərin köməyi ilə Kərkükün ardınca Tikrit şəhəri də geri alınıb
İraqın Neynəva vilayətini işğal edən muzdlu terrorçulardan ibarət “İŞİD” qruplaşmasına qonşu ölkələrin xüsusi təyinatlıları da müdaxilə edə bilər. İraqın Mosul şəhərini ələ keçirmiş terroçulara qarşı İranın “Sabirin” elit briqadası və Türkiyənin “Bordo bereliler” adlı xüsusi təyinatlı dəstəsi mübarizə aparmsı müzakirə olunur.
Son məlumatlara görə, Türkiyə hökuməti xüsusi təyinatlılarını hazır vəziyyətə gətirsə də, onların Mosula girməsinə hələ əmr verməyib. Lakin İran hökuməti rəsmi Bağdadın müraciətindən sonra Sabirin (Səbr edənlər) adlı elit əsgər briqadasını Neynəva vilayətinə göndərib.
Bu dəqiqəyə verilən xəbərə görə, İraq xüsusi təyinatlıları könüllü və xarici ölkələrdən gəlmiş hərbçilərin köməyi ilə Kərkükün ardınca Tikrit şəhərini də geri alıb.