Hakimlik -ədalət tərəzisi, yoxsa vəzifə sevgisi?

0
6

Hakimlik -ədalət tərəzisi, yoxsa vəzifə sevgisi?

Əvvəlcə bir neçə fikrə aydınlıq gətirək. Hakim kimdir?
Hakim-Dövlət ilə fərd arasında, fərdlərin öz aralarındakı və ya iki idarə arasındakı anlaşılmazlıqlar ilə cəmiyyət nizamını pozan cinayətlərlə bağlı mövzuları, Konstitusiyaya, Qanunvericiliyə və hüquqa uyğun olaraq araşdıran, vicdanlı qənaətinə görə müstəqil olaraq qərar verən şəxsdir.
Hakimlərin vəzifələri nədir desək, belə bir cavab əldə etmək mumkun olar. Hakimlər iki qrupa ayrılır: dövlətlə, vətəndaşlar və ictimai təşkilatlar arasında çıxan mübahisələri araşdıran və qərara bağlayanlara inzibati məhkəmə hakimi, vətəndaşlar arasında çıxan uyuşmaz məsələlərlə əlaqədar qərar verənlərə məhkəmə hakimi deyilir. Hər iki qrup hakim də aşağıdakı vəzifələri həyata keçirirlər.Onlar özünə gələn iddia mövzusu faylı araşdırar, şikayətçi və cavabdeh tərəflər ilə onların vəkillərini, şahidləri dinlər, təqdim edilən məlumat və sənədləri alır, iddia fayllarına əlavə edər və bunları qiymətləndirər. Cəza davalarında Respublika Prokuroru, zərərçəkmiş, şübhəli və şahidləri dinlər, sübut və verilən ifadələr ilə qüvvədə olan qanunlar işığında iddia haqqında hökm verər.
Lakin belə bir fikir də meydana çıxır ki, hakimlər necə hökm cıxarırlar? Nəyə əsasən? Nələri nəzərə almalıdırlar? Öz hisslərinə qapılmalıdırlarmı? Təqsirləndirilən şəxslə şəxsi münasibəti varsa bunu da göz önündə bulunmalıdırmı? Bunları saydıqca suallar daha çox artır, lakin biraz araşdırmadan sonra dunyaca məşhur olan Cesar Baccarinin bir fikrinə rast gəldim. O, belə deyirdi: “Hər hansı bir dövlətin cəza nizamı bu dörd sualın cavabını bulmağa çalışar ki, cəza hüququnun mövzusunu da məhz bu dörd sualın cavablarında tapmaq mumkundur:
1. Cəza vermədə məqsəd nədir, cəza vermək haqqı haradan gəlir?
2. Cəza qanunlarının müddəaları, hansıları seçmək düzgundur, yaxud cinayət dediyimiz maddi, mənəvi və qanuni ünsürləri nələrdir?
3. Günahlandırılan şəxslə cəza arasındakı ədalətli nisbəti pozmuş olmadan, mərhəmət və ya intiqam duyğularına sapmadan, cəmiyyətin verə biləcəyi, verə bilməyəcəyi cəzalar hansılardır?
4. Cinayətləri önləyəcək çarələr nələrdir?

Bu dörd mövzudan şübhəsiz ən mühümü birincisidir. Çünki, bu sualın ən doğru cavabı zülmü, pis rəftarı, ədalətsizliyi meydana gətirəcək. İndi bu cavab haqqında bir söz ilə bütün cəza sistemlərinə bir nəzər salaq: görəsən cəza verməkdə məqsəd və cəza vermək səlahiyyəti salamatlıq və səadətinəmi söykənir? Yaxud bədəni və irsi bir zərurət cəmiyyətə yüklədiyi fərqli fikirlər və bağlılıqlardımı? Uzun münaqişələrdən sonra və bəşər zəkasının ən kəskinlərindən olan Guizot, Rossi, Jouffroy ən həqiqi, ən faydalı və ən ədalətli sistemin Beccaria'nın qurduğu əsaslara söykəndiyini qəbul edərək bu gün cəza hüquq məzmununa hakim olan “l'ecole neo classique” məktəbini qurmuşlar. Beccaria nəzəriyyəsini bir kəlmə ilə xülasə etmək lazımsa, deyilə bilər ki: cəza cəmiyyətin davamlılıq və səadətini təmin və fərdin ülvi azadlığını mühafizə və hifz əsaslarına söykənməkdədir. Bu günkü dünya cəza sistemlərinin, xüsusilə italyan-türk cəza hüquq nizamının ülvi ana hökmlərini məzmunlandıran bu şəxs və bunun kimilərə hər zaman ehtiyac hissi duyulur.
Lakin bir şeyi nəzərə almaq da lazımdır ki, Azərbaycanda Hüquq fakültəsinin tələbəsi minlərlədir.Respublikamızda bir çox hakimlər düzgun qərar cıxarmaqda tərəddudləri olur, cunki onlar bu vəzifəni şan-şöhrət olaraq görurlər. Ürəkağrıdıcı faktdır ki, bu gün Azərbaycanda həddindən artıq çox ədalətsiz məhkəmə qərarları ilə rastlaşırıq. Bu isə ədalətli, azad cəmiyyət quruculuğu yolunda irəliləyən ölkəmizin qarşısında bir sədd kimi çəkilir. Sevindirici haldır ki, bütün neqativ hallarla yanaşı, bir qəpikdə olsun rüşvət almayan, ədalət tərəzisinin əyilməsinə imkan verməyən hakimlər də var. Hələ də öz peşəsini haqqı ilə yerinə yetirən, ədalətli hakim olmağı hər şeydən üstün tutan bu məhkəmə hakimlərini gördükcə, ürəyimizdə ədalətin hələ də yaşadığına dair ümidlər çoxalır. Rüsvətlə, qorxu-hədə ilə öz oturduğu masadan qalxmamaq naminə işləyənlər isə gec-tez bu cəmiyyətdə cəzalanacaqlar. Hakim olmaq bir insanın həyatdan ümidini üzmək,yaxud da həyata umid oyatmaqdır. Bütün Türk dünyası öz ədaləti ilə hər diyarda tanınır.Hakim yer üzündəki ədaləti tarazlayandır, məhkəmə dövlətin ədalət tərəzisidirsə,hakimlər də bu tərəzini bərpa edənlərdir. Hakimlik bir şərəf məsələsidir, təqsirləndirilən şəxsi cəmiyyətdən qovulmasına gətirib cixarmamaqdır, hec bir hissə qapılmamaqdır.
Tanri Türk millətinin ədalət tərəzisini heç vaxt qırmasın qırmasın!

QÜdrət Əzizov

LEAVE A REPLY