Bakı Dövlət Universitetindən oğlan tələbələrin “şortik” geyinməsilə bağlı AÇIQLAMA

0
9

Bakı Dövlət Universitetindən oğlan tələbələrin “şortik” geyinməsilə bağlı AÇIQLAMA

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində oğlan tələbələrin geyimi ilə bağlı yeni qadağa tətbiq olunduğu iddia edilir. İddialara görə, oğlan tələbələr, səndəl, çəkələk, qısa şalvar-şortla universitetə buraxılmırlar. Hətta adının çəkilməsini istəməyən tələbələrdən biri məhz “şortik” geyindiyinə görə imtahana buraxılmadığından şikayətlənib.
Modern.az-a açıqlamasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, universitetdə geyimlərlə bağlı hər hansısa bir qadağa qoyulmayıb.
“Geyimə görə heç bir tələbə imtahandan xaric edilməyib”.

LEAVE A REPLY