Bakı-Naxçıvan təyyarəsində qəza

0
8

Bakı-Naxçıvan təyyarəsində qəza

“Hər zaman təyyarə ilə yola düşəndə uçuş heyətinin “Təhlükəsizlik kəmərlərini bağlayın!” təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm təlimata riayət etməyi vacib saymır”.

“Qafqazinfo”nun məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bu gün “Boeing-757” təyyarəsi ilə Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan gəmi heyəti məhz belə bir vəziyyətlə qarşılaşıb.

Belə ki, təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Hava gəmisində 180 sərnişin olub. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.

LEAVE A REPLY