Rusiyalıların “donuz qripi” qorxusu

0
6

Rusiyalıların “donuz qripi” qorxusu

Dünya çempionatının qrup mərhələsi çərçivəsində Braziliyanın Kuyabı şəhərində qarşılaşacaq Cənubi Koreya ilə Rusiya yığmasının futbolçuları donuz qripinə yoluxma təhlükəsinə məruz qalıb.

Publika.az xəbər verir ki, Matu-Qrossu ştatının səhiyyə departamenti artıq 24 nəfərdə donuz qripinin qeydə alındığını bildirib. İnfeksiyanın əsasən hava yolu ilə keçməsini nəzərə alsaq, o zaman yoluxan xəstələrin dəqiq sayını demək olmaz.
Lakin buna baxmayaraq, Kuyabe şəhərində 80 min insan peyvənd olunub. Bundan əlavə, çempionatın keçirildiyi müddətdə turistlər məvaciblərinin 10 faiz artmasını tələb edən tibb işçilərinin tətili ilə qarşılaşa bilər.
Rusiya və Cənubi Koreya yığmalarının oyunu iyunun 18-də Kuyabenin “Pantanala” stadionunda keçiriləcək.

LEAVE A REPLY