Moskvadan mesaj: “Krım qaytarılmayacaq”
Rusiya bu ilin mart ayında özünə birləşdirdiyi Krımda hərbi gücünü artırır.
Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
“Bu ilin sonuna kimi Sevastopolun “Belbek” aerodromuna 20 ədəd “SU-27” qırıcısı yerləşdiriləcək”,– deyə mənbə qeyd edib.
Bu informasiyanın Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində xalqa müraciətindən sonra yayılması təsadüf sayıla bilməz. Ukrayna prezidenti həmin müraciətində “Krım Ukraynanındır və Ukraynanın olacaq. Mən bunu Normandiyada aydın şəkildə Rusiya rəhbərliyinə söylədim” deyib.
Rusiya isə Krımın gücləndirilməsi barədə informasiya ilə yarımadanın Ukraynaya geri dönüşünün olmadığı mesajı verir.