Yeni prezident bu müqavilənin “öldüyünü” açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenko Budapeşt müqaviləsinin əvəzinə yeni beynəlxalq müqavilə imzalayacaq.
Bu barədə P.Poroşenkonun özü andiçmə mərasimindən sonra xalqa müraciətində deyib.
Xatırladaq, Budapeşt müqaviləsi 5 dekabr 1994-cü ildə Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya arasında imzalanıb. Memoranduma əsasən ABŞ, Rusiya və Böyük Britaniyaya Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zəmanət verib.
Ukrayna bunun qarşılığında nüvə silahından imtina edib.