İrəvan və Moskvanın Naxçıvanla bağlı planı

0
4

İrəvan və Moskvanın Naxçıvanla bağlı planı

“Naxçıvan regionda İran, Qərb, Ermənistan və hətta Rusiyanın inteqrasiya yollarını bağlaya bilən əsas tıxacdır”.

Bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Ənənəvi olaraq Naxçıvanın strateji əhəmiyyətindən narahatlıq ifadə edən media bu istiqamətdə son əsgər ölümlərinin Rusiya ilə əlaqədar olduğunu yazıb:

“5 iyun tarixində baş verən hadisə Azərbaycan və Ermənistan arasında hərarətin artmasına səbəb oldu. Görünür, nə isə baş verib ki, Seyran Ohanyan Azərbaycan üçün ağır nəticələrdən bəhs edir. Bu isə sadə dildə ağır texnikanın təbliğindən birbaşa aqresiyaya qədər hər şeyi əhatə edə bilər. Hadisənin Naxçıvanda baş verməsi isə məsələni bir qədər də ciddiləşdirir. Naxçıvan regionda İran, Qərb, Ermənistan və hətta Rusiyanın inteqrasiya yollarını bağlaya bilən əsas tıxacdır. Əslində, daha ucuza başa gələ biləcək layihələrə mane olan Naxçıvandır. Türkiyə və Azərbaycan isə buranı möhkəm qala kimi qoruyur. Ola bilsin ki, Naxçıvana münasibətdə hansısa plan var. Bəlkə də Rusiya Fransua Ollandın təkliflərinin məhv olması üçün bölgədə hər iki tərəfdən əsgər öldürülməklə vəziyyəti yenidən gərginləşdirməyə çalışır”.

Qeyd edək ki, 2 iyun tarixində Ermənistan tərəfinin Naxçıvan istiqamətində açdığı atəş nəticəsində Azərbaycan ordusunun əsgəri Zaur Həsənli şəhid olmuşdu. İyunun 5-də isə Ermənistan ordusunun iki əsgəri Naxçıvan istiqamətində Azərbaycan ordusunun snayperinin gülləsinə tuş gəlmişdi. Bu hadisə Azərbaycanın milyardlıq silah idxalı və Astanada Nazarbayevin Ermənistanın BMT tərəfindən tanınan sərhədlər daxilində Avrasiya İttifaqına üzv ola biləcəyini bəyan etməsindən sonra erməni ictimai narahatlığını yeni müstəviyə keçirib.

LEAVE A REPLY