Ermənistanı tərk edənlərin sayı artır
APA-nın verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 mln. nəfər azalacaq. 2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 mln. nəfərə çatacaq. Ermənistan kommunistlərinin nümayəndəsi Taçat Sarkisyan bildirib ki, respublika əhalisinin sürətlə qocaldığı 91 ölkə arasında 51-ci yeri tutur. Onun sözlərinə görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50% xaricə köçmək istəyir.