Brilliant Dadaşova Eynulla Fətullayevi təhqir etdi

0
4

Brilliant Dadaşova Eynulla Fətullayevi təhqir etdi

Brilliant Dadaşova haqqin.az saytının rəhbəri Eynulla Fətullayevi sərt tənqid edib
Xalq artisti haqqın.az saytnda özü haqqında yazılanlara Facebook profilində cavab verib. Sənətçinin statusunu oxucuların diqqətinə çatdırırıq:

“Əziz dostlar, mən elə birbaşa dırnaq içərisində “haqqın.az” kimi boşboğaz, populist çıxışlarla atılıb-düşüb, ucuz “qəhrəmanlıqla” başqasının haqqını tapdalamağa cəhd göstərərək, özlərinə reytinq qazanan bəzi “psevdopatriotlara” üzümü tutub demək istəyirəm ki, Amerikada – Nyu-Yorkun göbəyində Azərbaycan bayrağının qaldırılması, özəlliklə xalq mahnılarımızdan ibarət olan “Vokaliz”imin səslənməsi musiqisevərlərin sorğusu nəticəsində yüksək mükafata layiq görülüb.

Bu səni niyə bu qədər qıcıqlandırıb?

Dünyanın bütün ölkələrində Azərbaycan musiqisini az da olsa, tanıyıb sevənlər varsa, – hansı ki, dinləyicilərimiz milyonlarladır, – mən onların usta musiqiçi kimi qəbul edib, sevib dəyər verdiyi müğənniyəm! Mən Brilliant Dadaşova Süleyman qızıyam!

Sən kimsən? Öz quş beynini bir az işlət, kor gözlərini aç və dar düşüncənlə yazdığın axmaq fikirlərinin qonşular tərəfindən də oxunduğunu unutma”

Qeyd edək ki, Brilliant Dadaşova öz statusunun sonunda Eynulla Fətullayevin ünvanına bir sıra təhqiramiz fikirlər də yazıb.

Qeyd edək ki, xalq artisti “Fəaliyyəti boyu Dünya musiqisinə töhfələrinə” görə “Big Apple Awards” musiqi mükafatını alıb. Mükafatlandırılma mərasimində sənətçiyə 30 min dollar pul və “Mercedes” markalı avtomobil hədiyyə edilib.

Qeyd edək ki, B.Dadaşova təşkilat komitəsinin xüsusi dəvətilə layihədə iştirak edən yeganə azərbaycanlı müğənnidir.

Amma bundan sonra mətbuatda, həmçinin haqqın.az saytında xalq artistinə həmin mükafatın ermənilər tərəfindən verildiyi iddia edilib. Bunu sözügedən yarışmanın idarə heyətində üç nəfər erməninin olması ilə əsaslandırıblar.

LEAVE A REPLY