Ramil Usubovun idarələrində monitorinqlərə başlanıldı

0
7

Ramil Usubovun idarələrində monitorinqlərə başlanıldı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan müvəqqəti saxlanma məntəqələrində monitorinqlərə başlayıb.

Bunu AzNews.az-a Komitənin sədri Elçin Behbudov deyib.
Onun sözlərinə görə, monitorinq, köməkçisi Elçin Şirinovla həyata keçiriləcək.

Hüquq müdafiəçisi monitorinqin Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala və Qax rayon polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində aparılacağını da söyləyib.
E. Behbudov bildirib ki, məqsəd ilkin istintaqa cəlb olunanların saxlanma məntəqələrindəki vəziyyətlə tanış olmaqdır.

LEAVE A REPLY