“Komandada 5 vəzifə sahibi özünü Elçibəydən üstün bilirdi”

0
3

“Komandada 5 vəzifə sahibi özünü Elçibəydən üstün bilirdi”

Müsavat Partiyasının başqan müşaviri Səxavət Əlisoy Əbülfəz Elçibəyin hakimiyyətdən getməsini şərtləndirən 4 iyun qiyamı ilə bağlı fikirlərini açıqlayıb. Teleqraf.com-un məlumatına görə, müşavir hesab edir ki, 21 il əvvəl baş verən bu hadisə ilə bağlı suallar siyasətlə məşğul olanların hər birinə verilib, verilir və bundan sonra da veriləcək.

Daha sonra Əlisoy Elçibəy iqtidarının yıxılmasının səbəblərini açıqlayıb: “Komandanın səriştəsiz, qabiliyyətsiz, elementar mədəniyyətdən məhrum təkəbbürlü üzvləri, Rusiya, İran, Türkiyə, İsrail, ABŞ və Qərb neftxudaları.

“Mədə toxluğunu dövlət və millətdən üstün bilən toplum”.

Daha sonra müşavir tam əminliklə qeyd edib ki, Əbülfəz Elçibəyin komandasında hər kəs öz həddini bilsəydi 4 iyun baş verməzdi: “”Rəqiblər bir yana, təəssüflər olsun ki, komanda daxilində ən azı 5 yüksək vəzifə sahibi özünü Elçibəydən bir boy üstün bilirdi. Və bir nüansı da yazmaq istəyirəm, Elçibəyə xəyanət edənlərin hamısına acınacaqlı aqibət nəsib olub”.

S.Əlisoy 5 yüksək vəzifə sahiblərinin adlarını açıqlamasa da, 4 iyun qiyamının qarşısının alınması, dəstəklənməsi və ya loyal mövqe sərgilənməsində isimləri hallanan məmurları təqdim edirik. Bunlar baş nazir Pənah Hüseyn, Ali Sovetin sədri İsa Qəmbər, baş nazirin müavini Rəsul Quliyev, müdafiə naziri Dadaş Rzayev və dövlət müşaviri Əli Kərimli idi.

LEAVE A REPLY