Kliçkonun deputat mandatı əlindən alındı
Kiyev şəhərinin meri seçilən tanınmış boksçu Vitali Kliçko Ukrayna parlamentinin deputatı mandatından məhrum edilib.
Belə ki, bu gün Ali Radanın iclası keçirilib. İclasda “Udar” fraksiyasının lideri Vitali Kliçkonun deputat səlahiyyətinə xitam verilməsi məsələsinə baxılaraq, onun millət vəkili kimi fəaliyyətinin dayandırılmasına dair qərar verilib.
Parlament bunu V. Kliçkonun mer seçilməsi ilə əlaqələndirib.
Xatırladaq ki, V. Kliçko mayın 25-də paytaxt meriyasına keçirilən seçkilərdə qalib gəlib.