Bakı bulvarında yeni qadağa

0
6

Bakı bulvarında yeni qadağa

Bulvarda sellofan torbalardan istifadə qadağan olunub.

Bunu ANS-də yayımlanan “Günə Baxan” verilişində iştirak edən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, ərazidə ancaq kağız torbalardan istifadə edilir. Nazim Məcidovun sözlərinə görə, bunda məqsəd bulvar ərazisinin zibillənməsinin qarşısını almaqdır.

Qeyd edək ki, bulvarda həmçinin sakinlərin atdığı saqqızları təmizləmək üçün xüsusi briqada da yaradılıb.

Xatırladaq ki, gün ərzində minlərlə insanın istirahət etdiyi bulvar ərazisində təmizliyə riayət edilməsi üçün hətta saqqız təmizləyən briqadalar yaradılıb.

LEAVE A REPLY