Angelina Jolie və Brad Pittdən pis xəbər!

0
4

Angelina Jolie və Brad Pittdən pis xəbər!

Holivudun ən gözdə cütlüyü Angelina Jolie və Brad Pittdən toy xəbəri gözləyənlər üzüləcəklər. Təxmini 10 ildir birlikdə olan və 2 il bundan öncə nişanlanan Brad Pitt və Angelina Jolienin evlilik üçün hər hansı bir hazırlıqları olmadığı açıqlandı. “USA Today”a bu barədə danışan Angelina Jolie açıqlamasında bildirib: “Bu anda evlilik üçün hər hansı bir planımız yoxdur. Heç bir şey təşkil edilmiş deyil. Heç bir şey hazır deyil. Heç gəlinliyim belə hazır deyil. İnsanların bizim toyumuzun nə vaxt olacağı xəbərinə bu dərəcədə həsas, maraqla yanaşdığını çox gözəl başa düşürük. Biz əslində bunun xüsusi bir şey olmasını istəyirik”.

Xatırladaq ki, bir müddət öncə cütlüyün gəmi kirayə götürüb evlənəcəyi xəbəri yayılmışdı.

LEAVE A REPLY