Luqanskdan qandonduran görüntülər (VİDEO+18)
Luqansk vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır
Luqansk vilayətində gedən döyüşlərin videogörüntüləri yayılıb.
ANS PRESS-in məlumatına görə, ötən gün Luqansk vilayətində rusiyameyilli silahlı üsyançılar Ukrayna Dövlət Sərhəd Xidmətinin bazasına hücum etmişdi. Bəzi məlumatlara görə, sərhədçilərin yardımına hərbi təyyarələr gəlib.
Xatırladaq ki, 100-ə yaxın silahlının Ukrayna DSX-nin bazasına hücum etmişdi. Uzun müddət davam edən atışma nəticəsində 7 hərbçi yaralanmış, 1 silahlı isə ölmüşdü.
Luqansk şəhərində bombardmandan sonrakı görüntüləri sizə təqdim edirik.