Vəzifələrindən azad edildilər

0
8

Vəzifələrindən azad edildilər

Mərkəzi Seçki Komissiyasının mayın 29-da keçirilən iclasında bəzi dairə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri vəzifələrindən vaxtından əvvəl azad olunublar.

AzNews.az xəbər verir ki, MSK-nın qərarın əsasən, Anar İmran oğlu Qəmbərov 13 saylı Xəzər-Pirallahı, Anar Məhərrəm oğlu Sadıqzadə 20 saylı Nərimanov ikinci, Gülarə Eyvaz qızı Verdiyeva 22 saylı Nəsimi ikinci, Söhrab Cəlal oğlu Məmmədov və Eldəniz Elbrus oğlu İmanlı 37 saylı Nizami birinci (Gəncə), Ayıq Rizvan oğlu Səmədov 70 saylı Masallı şəhər, Kəmalə Arif qızı Əliyeva 91 saylı Ucar, Zahir Mahal oğlu Qarayev 104 saylı Gədəbəy – Tovuz seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

İmran Abbas oğlu Qəmbərov 14 saylı Xəzər, Bayram Mustafa oğlu Mustafayev 27 saylı Sabunçu ikinci, Cavid Vəlid oğlu Siyahov 37 saylı Nizami birinci (Gəncə), Səidə Musa qızı Daşdıyeva 91 saylı Ucar, Abbas Malik oğlu Cəbrayılov 92 saylı Zərdab – Ucar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.

LEAVE A REPLY