Pis xatirələri yaddaşdan silən dərman icad edildi

0
7

Pis xatirələri yaddaşdan silən dərman icad edildi

ABŞ-ın Virciniya universitetində elm adamlarının apardığı araşdırma zamanı yaşanan travmatik hadisələrlə bağlıi xatirələri yaddaşdan silməyə kömək edəcək dərman hazırlanıb. Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, siçanlar üzərində ilk dəfə sınaqdan keçirilən bu dərmanın bir çox faydalarının olduğu açıqlanıb. Elm adamları bu dərmanın xəstələrin fobiya və yemək pozğunluqlarına qalib gəlməsinə kömək edəcəyinə ümid edirlər. Həb şəkilində, “Gilenya” markası altında satılan fingolimod siçanlara verildiyində yaxın bir zamanda yaşadıqları ən pis xatirələri unutmalarına kömək edib. İkinci dəfə ayaqlarına elektrik verilən siçanlar dərmanı qəbul etdikdən sonra hərəkətsiz qalaraq heç bir qorxu reaksiyası göstərməyiblər. Araşdırmanı edən elm adamlarından Sarah Spiegel, “Çox şaxəli skleroz müalicəsi üçün təsdiqlənmiş bu dərmanın mərkəzi sinir sistemi üzərində də hələ tam bilinməyən bəzi faydaları var”, – deyib.

LEAVE A REPLY