Serbiyalı keşişlər: “Balkanlardakı daşqına bais saqqalı qadındır”

0
5

Serbiyanın dini liderləri “Avroviziya-2014” mahnı yarışmasının qalibi, avstriyalı Tomas Noyvirti, saqqalı qadın obrazında çıxış edən Konçita Vurstu ittiham ediblər.

Onlar bildirib ki, Balkan ölkələrindəki daşqınlar nəticəsində baş verən dağıntıların günahkarı “saqqalı qadındır”.

Bəzi dini liderlər Vursta qarşı irəli sürdükləri ittihamda bildirib ki, baş verən sel nəticəsində azı 33 nəfər həyatını itirib: “Avstraliyalının qələbəsinə görə Allah bizlərə belə cəza göndərib”.

Şərqi Serbiyanın dini lideri, patriarx İriney deyib: “Daşqınlar Allahın cəzasıdır, O, bu yolla Serbiyanın günahlarını yuyur”.

LEAVE A REPLY