Bəy həyəcanlandı, gəlin uğundu – Video
Sosial şəbəkələrdə rəsmi nigah mərasimində bəyin çaşaraq həyəcanlanmasını əks etdirən video yayılıb.
Gün.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, bəyin səhv cavabı nigah zalında olan qonaqların və gəlinin qəhqəhələrlə gülməsinə səbəb olub.
Belə ki, əvvəl gəlindən adını, soyadını, valideynlərinin adını soruşan nigah məmuru sonra eyni suallarla bəyə müraciət edir.
Bir anda həyəcanlanan bəy isə məmurun, adın, soyadın – sualını “razıyam” (evet!) deyə cavablandırır.
Qonaqların gülüşməsi bəyi bir az da çaşdırır və qeyri-müəyyən əl hərəkətləri ilə həyəcanlı olduğunu göstərməyə çalışır.
Onun bu hala düşməsi qarşısında isə gəlin uğunur.