Azərbaycanlı əsirlərlə bağlı xəbərə RƏSMİ açıqlama

0
4

Azərbaycanlı əsirlərlə bağlı xəbərə RƏSMİ açıqlama

22 May 2014 – cü il tarixində Türkiyənin www.timeturk.com internet səhifəsində Ermənilərin Kəlbəcərdəki qızıl yataqlarında azərbaycanlı əsirləri işlətməklə yanaşı, həm də olmazın işgəncə vermələri haqqında məqalə dərc edilmişdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə Nümayəndəliyindən “Qafqazinfo”ya verilən xəbərdə bildirilir ki, məqalənin başlığı “Ermenistanın madenlerinde Azeri esirler varmı ?” kimi verilib, bundan başqa, yazıda bu mədənlər Ermənistan mədənləri kimi göstərilmişdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə Nümayəndəliyinin və AZEDER – Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin məsələyə cəld reaksiyası və təkidli tələbi nəticəsində qısa bir zamanda bu yalnışlıq aradan qaldırılıb, bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğu məqalədə öz əksini tapıb.

LEAVE A REPLY