“Biz hörmətsizliyə dözə bilmərik” – ABŞ səfirinə cavab

0
19

“Biz hörmətsizliyə dözə bilmərik” – ABŞ səfirinə cavab

Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev AzərTAc dövlət agentliyinə müsahibə verib.
R.Mehdiyev müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı sərt tənqid edib.
Qaynar.info Virtualaz.org-a istinadən xəbər verir ki, PA rəhbərinin mətni öncə rus dilində yayılan geniş müsahibəsində maraqlı mesajlar var.
R.Mehdiyev ABŞ səfirinin bir çox çərçivələri aşan bəzi fikirlərinə münasibət bildirərkən belə deyib: “Bizə “növbətçi təbəssüm” yox, səmimi tərəfdaşlar lazımdır”.
R.Mehdiyev səfirin çıxışını birtərəfli adlandıraraq bildirib ki, postsovet məkanında vəziyyətin kəskinləşməsində Qərbin günahı daha böyükdür. O, Morninqstarın nədən belə “qeyri-korrekt” danışdığını anlamadığını vurğulayıb və həmin müsahibədə səslənən fikirlərin diplomatik etiketə uyğun olmadığını söyləyib. Bunu ölkənin daxili işlərinə kobud müdaxilə adlandırıb.
R.Mehdiyev daha sonra deyib: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, kiminsə müstəmləkəsi yox. Biz Azərbaycana qarşı hörmətsiliyə dözə bilmərik”.

LEAVE A REPLY