Hava kəskin dəyişəcək, dolu düşəcək, daşqın təhlükəsi var –Nazirlikdən xəbərdarlıq

0
6

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Belə ki, iyulun 5-dən 9-u gündüzədək ölkənin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.