İstanbulun Atatürk hava limanında törədilmiş terror aktının təşkilində şübhəli bilinərək saxlanılan azərbaycanlının adı açıqlanıb.
Bu barədə “Habertürk”məlumat yayıb.
Terror aktının təşkilində şübhəli bilinən şəxsin adı Elçin B.-dir. Həmin şəxsin soyadı tam açıqlanmır.
Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı 13 əcnəbi saxlanılıb. Terror zamanı 45 insan həlak olub. İlkin məlumatlara görə, partlayışı terror təşkilatı olan İŞİD təşkil edib.