Cüdoçumuz erməni rəqibinə qalib gələrəkAvropa çempionu oldu

0
4

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günündə iki qızıl və bir bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 50 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

Əhməd Yusifov (55 kq) Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərini yarışdan kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Raşxan Baxşəliyev (50 kq) isə yarımfinalda komanda yoldaşı – bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən R.Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.