“Türkiyə tərəfindən vurulmuş Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Puşkovun ailəsi Türkiyə tərəfindən kompensasiya qəbul etməyəcək”.
Bunu ölən pilotun qardaşı Pavel Puşkov Türkiyənin Kəmər şəhəri merinin pilotun ailəsinə ev vermək təşəbbüsünə münasibət bildirərkən deyib:
“Heç kim onlardan kompensasiya istəməyib. Hətta kompensasiya vermək istəsələr belə, bunu heç kim almayacaq. Bu, nəinki təhqiredicidir, hətta dəhşətlidir”.
Xatırladaq ki, bu gün səhər Türkiyənin Kəmər şəhərinin meri pilotun ailəsinə ev verməyə hazır olduğunu açıqlayıb.