“Uzun müddət status-kvonu saxlamaq mümkün deyil”

0
5

“Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil”. 

Bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasında artıq iki ay vaxt keçib: “Düşünürəm ki, hamı – təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası riski bir o qədər artır”.

Trend.az